FOTO - "Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi

4 Oktyabr 2021 16:20 Qəbələ 684
FOTO - "Qəbələ" Nəriman Abbasova avtomobil hədiyyə etdi

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Nəriman Abbasovun tanınmış döyüşçü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunan turnir çərçivəsində rusiyalı Şamil Zavurovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.

Nəcəfov Rusiyanın paytaxtı Moskvada keçirilən görüşün birinci raundunda nokautla qalib gələrək çempion titulunu qoruyan 27 yaşlı idmançını təbrik edib.

Görüşdə Abbasovun gələcək döyüşləri barədə müzakirələr aparılıb. Klub prezidenti idmançımıza uğurlar arzulayıb. Nəriman Abbasova “Qəbələ” İdman Klubu tərəfindən avtomobil təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı