"Qarabağ"ın reklama ehtiyacı yoxdur" - Elmar Baxşıyev

3 Oktyabr 2021 21:10 Qəbələ 857
"Qarabağ"ın reklama ehtiyacı yoxdur" - Elmar Baxşıyev

"Biliridk ki, çempionatın liderinə qarşı oynayırıq. "Qarabağ"ın reklama ehtiyacı yoxdur. Oturuşmuş heyəti var, dominantlıq etməyi sevir. Bizim də öz oyun planımız var idi. Komanda zaman-zaman tapşırıqların öhdəsindən gəlirdi. Çıxışımızdan razı qaldım. İnanıram ki, getdikcə inkişaf edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" rəqibə çox qol şansı vermir: "Əlimizə düşən imkanları dəyərləndirsəydik, hər şey fərqli ola bilərdi. Ehtiyat qüvvəmiz azdır, rotasiya etməkdə çətinlik çəkirik. Buna baxmayaraq, komanda mənim istədiyimi verir".

Baxşıyevin sözlərinə görə, oyundankənar vəziyyətə düşmək normaldır: "Düşünürəm ki, rəqibin futbolçuların ustalığı buna gətirib çıxarırdı".

Digər Xəbərlər
Xəbər Lenti