"Qəbələ"də "Qarabağ"la oyunun narahatlığı: "Onların yeri görsənir"

3 Oktyabr 2021 16:00 Qəbələ 626
"Qəbələ"də "Qarabağ"la oyunun narahatlığı: "Onların yeri görsənir"

Azərbaycan Premyer Liqasında 6-cı tura bu gün yekun vurulacaq.

Bağlanış matçında "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

Görüşdən öncə "Qəbələ"nin müdafiəçisi Urfan Abbasov Sportinfo.az-a açıqlama verib:

"Proqram üzrə digər oyunlara hazırlaşdığımız kimi "Qarabağ"la oyuna da hazırlaşmışıq. Çox çətin oyun olacağını bilirik. "Qarabağ"ı çempionatın ən güclü komandası saymaq olar.

Amma yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq. Məqsədimiz məğlub olmamaqdır. Allahın köməyi ilə yaxşı nəticə qazanarıq".

Təcrübəli oyunçu heyətdəki zədəli futbolçuların olmasından şikayətlənib: "Heyət baxımından bir az çətinliklərimiz var. Akakpo və Rüfət olmamağının yeri görsənir. Komandanın aparıcı üzvlərdir.

Ancaq futbolda belə şeylər olur. Allah onlara şəfa versin, tezliklə sağalsınlar. Hazırkı heyətlə də yaxşı oynamağa, yaxşı nəticələr qazanmağa çalışqcağıq".

"Qarabağ" - "Qəbələ" görüşü 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti