Elmar Baxşıyevin "Qarabağ"dan çəkdiyi nədir?

3 Oktyabr 2021 11:40 Qəbələ 766
Elmar Baxşıyevin "Qarabağ"dan çəkdiyi nədir?

Azərbaycan Premyer Liqasında 6-cı turun sonuncu matçı bu gün "Qarabağ" və "Qəbələ" arasında baş tutacaq.

2019-cu ildən "Qəbələ"yə baş məşqçi təyin olunan Elmar Baxşıyev üçün ağdamlılar heç də münasib rəqib deyil. Ən uğursuz rəqib də deyə bilərik.

Gənc çalışdırıcı bölgə klubunda ən böyükhesablı məğlubiyyətini məhz Qurban Qurbanovun yetirmələrindən alıb - 0:5!

Baxşıyevə "Qarabağ" üzərində qələbə qazanmaq ümumiyyətlə qismət olmayıb. "Qəbələ" onun rəhbərliyi altında "Qarabağ"la oynadığı 5 görüşdən ikisində bərabərlik qeydə alınıb. Qəbələdə baş tutan hər iki matçda da tərəflər hərəyə 1 qol vurmağı bacarıb.

Elmar Baxşıyevin "Qarabağ"la səfər statistikası daha qorxuludur - 2 matç və 2 məğlubiyyət. Hər iki halda da 3-0 hesablı darmadağın qeydə alınıb.

Arxada qalan 5 turda məğlubiyyət görməyən "Qəbələ"nin bu gün nə ilə yadda qalacağı maraqla gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"