"Qəbələ"nin yaxşı əcnəbilər gətirməsinin sirri nədədir? - AÇIQLAMA

30 Sentyabr 2021 21:00 Qəbələ 1 121
"Qəbələ"nin yaxşı əcnəbilər gətirməsinin sirri nədədir? - AÇIQLAMA

"Komandamızın çıxışı haqda geniş danışmaq istəməzdim. Hələlik start uğurlu alınıb, bu qədər. İrəlidə bizi çox oyunlar gözləyir".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.

"Qəbələ"nin ölkəmizə gətirdiyi əcnəbilər adətən uğurlu olur. "Qəbələ"nin gətirdiyi legionerlərin bir çoxunun hazırda digər Premyer Liqa klublarında çıxış etməsi də bu fikri gücləndirir. Görəsən, bəs bunun sirri nədədir? Zaur bəyi dinləyək:

"Legionerlərin uğurlu startda komandaya faydalı olması, təbii ki, sevindirir. Amma burda xüsusi qabardılacaq bir mövzu yoxdur. Əminəm ki, hər bir klubda legioner seçimi maksimum diqqətlə edilir.

Uğursuzluq yalnız futbolçunun fərdi durumundan yox, komandanın ümumi çıxışından, futbolçunun adaptasiyasından və bu kimi bir neçə nüansdan da yarana bilər. Klubumuzda seleksiya işi digərlərində olduğu kimi aparılır. Demək olar, mövsümboyu büdcəmizə uyğun futbolçu götürə biləcəyimiz çempionatı izləyirik və klub nümayəndələri, məşqçilər korpusu tərəfindən bəyənilən futbolçularla və ya onların nümayəndələri ilə keçidin mümkünlüyünü müzakirə edirik və bəyəndiyimiz futbolçu üçün ən münasib zamanı gözləyirik.

Bu mövsüm alınmasa, növbəti transfer pəncərəsində bir daha cəhd edirik. Məsələn, bu transfer pəncərəsində həftələrlə üzərində çalışdığımız futbolçunun keçidini həll edə bilmədik, yalnız 1 sentyabr axşam saatlarında alınmayacağı ilə barışdıq. Və bu futbolçunu 2018-ci ildən heyətimizə qatmağa çalışırıq. Növbəti dəfə bir daha cəhd göstərəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti