“Qəbələ” bu olaydan sonra hələ də sürprizə inanır - VİDEO+FOTOLAR

30 Sentyabr 2021 20:20 Qəbələ 435
“Qəbələ” bu olaydan sonra hələ də sürprizə inanır - VİDEO+FOTOLAR

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 2021/22 mövsümündə ilk oyununu keçirib.

Famil Xəlilovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının I mərhələsində mübarizəyə başlayıb.

AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan “qırmızı-qaralar” Niderland çempionu “Alkmaar”la qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən ilk görüş məhsuldar alınıb. Qonaqların üstünlüyü ilə keçən qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanıb.

Komandalar arasında cavab oyunu oktyabrın 20-də keçiriləcək.

“Qəbələ”nin baş məşqçisi Famil Xəlilov: “Bizi necə oyun gözlədiyini, rəqibin kimliyini bilirdik. Hollandiya və Azərbaycan çempionlarını müqayisə etmək düzgün olmaz.

mma futbolçularımıza inanırdıq. Oyunun nəticəsindən asılı olmayaraq, komanda tapşırıqların müəyyən hissəsini yerinə yetirdi.

Futbolçularda bir az soyuqqanlılıq çatmırdı. Bir az sərbəst oynasaydıq, qol epizodlarını dəyərləndirsəydik, nəticə fərqli olardı.

Komandamız sonadək mübarizə apardı. Bu da məni sevindirir. Önəmli olan da budur ki, futbolçularımız belə komandalarla oynayır, təcrübə qazanırlar. Ən böyük uğur Hollandiya çempionunu Qəbələyə gətirməkdir”.

Xəlilov cavab oyunu barədə də fikirlərini açıqlayıb: “Oyunçulara tapşırmışdıq ki, öndə pressinq etməyək, müəyyən zonada rəqibi qarşılayaq.

Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu, matçın bəzi hissəsində alındı, bəzisində yox. Cavab görüşündə risk etməliyik.

Öndə pressinq etməyi düşünürük. Sürpriz ola biləcəyinə inanırıq. Ümidimizi itirməmişik. Bugünkü oyunda da kifayət qədər qol epizodları yaratdıq”.

“Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland) – 0:4

29 sentyabr. Qəbələ şəhər stadionu

Baş hakim: Viktor Kopiyevski

Baş hakimin köməkçiləri: Vitali Skoblia, Volodimir Korotin (hamısı Ukrayna)

Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)

Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)

UEFA nümayəndəsi: Efraim Barak (İsrail)

Sarı vərəqələr: İbrahim Ramazanov, 38, Süleyman Damadayev, 65 // yuis Şouten, 21, Nik Tvisk, 34, Sem Dekkers, 82, Miron Van Brederod, 90+4

Qollar: Nik Koster, 15, 59, Lyuis Şouten, 54, Ro-Zangelo Daal, 78

Artırılan vaxt: I hissədə - 2 dəq. ; II hissədə - 4 dəq.

“Qəbələ”

1. Həsən Həsənli

2. Süleyman Damadayev

3. İbrahim Ramazanov

5. Xəyal Səmədov

15. Hüseyn Mürsəlov (k)

7. Emil Səfərov

(6. Ülvü Mədətov, 76)

8. Rauf Rüstəmli

(17. Fərid Kələntərov, 62)

9. Aqil Nəsibov

(13. Sənan Ağalarov, 76)

10. Gülağa Əsədov

(11. Taleh Qarayev, 62)

16. Emil Süleymanov

(14. Çiçin Namçi Akande, 25)

18. Mehrac Baxşalı

Ehtiyat oyunçular:

12. Kamil Nəzərli

4. Nuqay Rəşidov

Baş məşqçi: Famil Xəlilov

“Alkmaar”

1. Sem Vesterveld

3. Vouter Qoes

5. Maksim Dekker

12. Misça Engel

32. Yurre Van Aken

8. Nik Tvisk

25. Lyuis Şouten

(14. Deyv Kvakman, 62)

10. Fedd De Yonq (k)

11. Miron Van Brederod

17. Nik Koster

(19. Tom Kerssens, 87)

18. Ro-Zangelo Daal

Ehtiyat oyunçular:

22. Rome-Jayden Ovusu-Oduro

2. Sem Dekkers

20. Enox Mastoras

21. Finn Stam

23. Loek Postma

Baş məşqçi: Yan Sirksma

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"