Elxan Məmmədovla “Qəbələ”nin inkişafı üçün atılacaq addımları müzakirə etdilər - FOTOLAR

30 Sentyabr 2021 14:40 Qəbələ 617
Elxan Məmmədovla “Qəbələ”nin inkişafı üçün atılacaq addımları müzakirə etdilər - FOTOLAR

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Qəbələ” Futbol Akademiyasında olub.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfovla birlikdə akademiyada hazırlıq keçən uşaqlarla görüşüb.

“Qəbələ” Futbol Akademiyasının fəaliyyətini yüksək qiymətləndirən icraçı vitse-prezident yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib.

Görüş çərçivəsində akademiyanın gələcək fəaliyyəti və futbolun inkişafı istiqamətində atılacaq addımlar müzakirə olunub.

"Qəbələ"nın Premyer Liqada çıxışı və akademiyanın fəaliyyəti ilə bağlı mövsümün əvvəlində AFFA tərəfindən kluba maliyyə yardımı göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti