
Azərbaycan Premyer Liqasının IV turunda “Səbail”i qəbul edən “Qəbələ” 5:0 hesabı ilə qalib gəlib.
Bu, cari mövsümün startında ən böyükhesablı qələbədir.
“Qırmızı-qaralar” tarixində 6-cı dəfə Premyer Liqa görüşündə beş top və ya daha böyük fərqlə qalib gəlib.
Sonuncu belə “qol yağışı” 2019/20 mövsümünə təsadüf edib. 560 gün əvvəl “Qəbələ” “Sumqayıt”la ev qarşılaşmasında 5 cavabsız qol vurub.
Ümumiyyətlə, ən azı 5 top fərqinin qeydə alındığı 6 qələbədən üçü evdə, üçü səfərdə gerçəkləşib.
5:0 “Qəbələ”nin futbolçularına 700 manat qazandırıb. Ümumiyyətlə, bölgə klubunda bundan sonra göstərilən məbləğdən yüksək mükafat olmayacaq. Büdcədə kəsir riskinin yaranma ehtimalına görə.
SPORTİNFO.AZ