"Qəbələ"dən son reaksiya - "Üzücü məqam odur ki..."

24 Sentyabr 2021 15:00 Qəbələ 1 152
"Qəbələ"dən son reaksiya - "Üzücü məqam odur ki..."

Yeni mövsümə uğurlu start verən "Qəbələ" üçün çətin vəziyyət yaranıb.

Heyətin kasadlığından əziyyət çəkən komanda birdən birə iki əsas heyət üzvünün köməyindən də məhrum oldu.

Söhbət Yaovi Akakpo və Rüfət Əhmədovdan gedir. Arxada qalan turlar bölgə klubunun əsas simaları olan hər iki oyunçu da aldıqları zədəyə görə ən azı 5-6 ay komandaya kömək edə bilməyəcəklər.

Bəs belə olan halda "Qəbələ"nin yeni transferlər etməsi gözlənilirmi?

Sualımıza cavab olaraq komandanın baş meneceri Zaur Əzizov Sportinfo.az-a açıqlamasından bunları deyib:

"2 futbolçumuzun uzun müddətə sıradan çıxması, Akakponun böyük ehtimalla mövsümü qapatması, təbii ki, bizim üçün böyük itkilərdir.

Daha üzücü məqam odur ki, həm Rüfət Əhmədov həm Yaovi Akakpo gənc oyunçularımızdır və bu mövsüm onların karyeralarında növbəti addım baxımından həlledici ola bilərdi.

Amma futboldur, qəbul etməliyik. Hazırda bu futbolçuların əvəzinə kimisə heyətə cəlb etməyi planlaşdırmırıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı