AFFA millinin müdafiəçisinə görə nə qədər xərc çəkəcək?

24 Sentyabr 2021 10:40 Qəbələ 1 726
AFFA millinin müdafiəçisinə görə nə qədər xərc çəkəcək?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sentyabrdakı seçmə oyunlarını və Premyer Liqanın son iki turunu buraxan «Qəbələ»li
Rüfət Əhmədovun cərrahi müdaxilə zərurəti yaranıb.

19 yaşlı müdafiəçi yaxın müddətdə Almaniyada əməliyyat olunacaq.

Milli üzvünün müalicəsinin xərclərini AFFA öz üzərinə götürüb. Onun dizinin ön çarpaz bağları qırılıb. Klub akademiyasının yetirməsi minimum 6 ay yaşıl sahələrdən kənarda qalacaq.

Hətta ola bilər ki, biz gənc istedadı maydan tez meydançada görməyək. Hər halda ağır əməliyyata gedəcək..

Adətən, bu qəbildən olan əməliyyatlar 4-5 saat çəkir, xərci isə 10 min avronun üstündədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti