SON DƏQİQƏ: "Qəbələ”nin aparıcı futbolçusu üçün il başa çatdı

22 Sentyabr 2021 13:00 Qəbələ 1 242
SON DƏQİQƏ: "Qəbələ”nin aparıcı futbolçusu üçün il başa çatdı

“Səbail”lə oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Yaovi Akakponun durumuna aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, 22 yaşlı futbolçu bu gün MRT müayinəsindən keçib. Təəssüf ki, müayinənin cavabı ürəkaçan olmayıb.

Toqolu yarımmüdafiəçinin diz bağı qopduğundan, təcili əməliyyata ehtiyac duyulub. Belə olacağı halda, Yaovi yaşıl meydanlara ən yaxşı halda gələn il qayıda biləcək.

Qeyd edək ki, Akakpo cari mövsümdə 4 oyunda 2 qol vurmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO