AFFA-nın vəzifəli şəxsi "Qəbələ"nin… GÖZLƏNİLMƏZ TƏYİNAT

22 Sentyabr 2021 14:20 Qəbələ 1 492
AFFA-nın vəzifəli şəxsi "Qəbələ"nin…  GÖZLƏNİLMƏZ TƏYİNAT

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, avstriyalı mütəxəssis Gənclər Liqasının I təsnifat mərhələsində “Qəbələ” və Niderlandın "AZ Alkmaar" komandaları arasında keçiriləcək ilk oyunda hakim-inspektor olacaq. Görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti