"Qəbələ"də Akakpo şoku davam edir

20 Sentyabr 2021 23:20 Qəbələ 1 115
"Qəbələ"də Akakpo şoku davam edir

"Səbail"lə görüşdə ağır zədə alan "Qəbələ"nin futbolçusu Yaovi Akakponun durumuna hələ də aydınlıq gəlməyib.

Sportinfo.az-ın məlumatına görə, Toqolu legioner dünən MRT müayinəsindən keçməliymiş. Amma onun dizində maye olması buna mane olub. Futbolçunun dizindəki şiş çəkilməlidir ki, MRT elətdirmək mümkün olsun.

21 yaşlı yarımmüdafiəçi "Səbail"ə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IV tur oyununda ciddi xəsarət alıb.

Toqolu oyunçu 50-ci dəqiqədə meydanı xərəkdə tərk etmişdi. Afrikalı futbolçunu iordaniyalı Omar Hani əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı