“Qəbələ”: Artıq 6 oldu

20 Sentyabr 2021 12:40 Qəbələ 827
“Qəbələ”: Artıq 6 oldu

Azərbaycan Premyer Liqasının IV turunda “Səbail”i qəbul edən “Qəbələ” 5:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, cari mövsümün startında ən böyükhesablı qələbədir.

“Qırmızı-qaralar” tarixində 6-cı dəfə Premyer Liqa görüşündə beş top və ya daha böyük fərqlə qalib gəlib.

Sonuncu belə “qol yağışı” 2019/20 mövsümünə təsadüf edib. 560 gün əvvəl “Qəbələ” “Sumqayıt”la ev qarşılaşmasında 5 cavabsız qol vurub.

Ümumiyyətlə, ən azı 5 top fərqinin qeydə alındığı 6 qələbədən üçü evdə, üçü səfərdə gerçəkləşib.

“Qəbələ”nin Premyer Liqada 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:
11.11.2007. Premyer Liqa. Gənclərbirliyi (Sumqayıt) - Qəbələ - 0:6
04.10.2015. Premyer Liqa. Qəbələ - Xəzər Lənkəran - 6:0
10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8
25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:6
07.03.2020. Premyer Liqa. Qəbələ - Sumqayıt - 5:0
18.09.2021. Premyer Liqa. Qəbələ - Səbail – 5:0

Digər Xəbərlər
Xəbər Lenti