Küçədən milliyə və ya yenidəın Ülviləşən "Qəbələ"

19 Sentyabr 2021 09:40 Qəbələ 1 187
Küçədən milliyə və ya yenidəın Ülviləşən "Qəbələ"

Dörd tura 10 xal. Və ya 4 tura 3 qol.

Birinci hesab «Qəbələ»yə aiddir. İkincisi də Ülvi İsgəndərliyə.

Bu, həmin hücumçudur ki, ötən mövsüm başa çatar-çatmaz komandadan uzaqlaşdırılmışdı.

Bölgə təmsilçisi mayda 10-dan artıq futbolçu ilə vidalaşmışdı ki, onlarıın da əksəriyyəti müqaviləsi bitənlər, yeni şərtlərlə razılaşmayanlar idi.

Ülvi və daha 1-2 nəfər məşqçi korpsunun istəyi üzərinə düşərgəni tərk eləmişdi. Nə oldu, nə olmadısa, iyulun sonu, avqustun əvvəlində bu gənc hücumçunu geri qaytardılar və o da qısa müddətdə necə dəyişdiyini göstərməyə başladı.

Ülvi «Qəbələ» akademiyasının yetirməsidir, yəni, uzun illərdir buradadır. Ziyanın yarısından dönmək də faydalıdır: onun yalnız futbolu düşünməyə başlaması həm özünün, həm də «Qəbələ»nin faydasıdır.

Yayda küçəyə atıl, «mən bundan sonra hara gedəcəm» bədbinliyinə qapıl və birdən... futbol ilahəsi üzünü gülsün.

Əvvəl geri qayıt, sonra ilk dəfə əsas milliyə dəvət al, indi də Premyer Liqanın bombardirlər yarışmasında liderlik et.

Bu cür dönüşü Ülvi yatsa, yuxusunda da görməzdi, demək, hər eniş bir yüksəlişin əsasını qoya bilər.

Bu, «Qəbələ»nin özünə də aid misaldır. Hər həftə komandanın özünəinamı bir qədər də artır və futbolçuların fərdi performansı da yüksələn xətlə inkişaf etməkdədir.

Rəhbərlik-məşqçilər-futbolçular birliyi uğurun kökündə dayanan əsas səbəbdir, burada başqa nəsə axtarmağa dəyməz.

Çün futbolda səbəbsiz heç nə olmur. İstər uğur, istərsə də uğursuzluq gələndə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti