"Milliyə kiminsə dəvət almamasını götür-qoy eləmək fikrimiz yoxdur"

23 Mart 2021 13:00 Qəbələ 1 403
"Milliyə kiminsə dəvət almamasını götür-qoy eləmək fikrimiz yoxdur"

Milliyə dəvət alan futbolçular arasında "Qəbələ"dən kimsə yoxdur.

Bölgə təmsilçisi hazırda tam tərkibdə hazırlıq keçən yeganə klubdur.

Baş məşqçi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında bildirib ki, bu məqamı heç də üstünlük saymır:

"Gözləyirdik ki, çağırsalar da say bir nəfər olacaq. Çağırsaydılar da hazırlığımıza elə də təsiri olmayacaqdı. Çünki komandanın bütün üzvləri bizimlədir. 1-2 nəfərin olmaması elə də təsir etməzdi".

Baxşıyev baş məşqçisi olduğu komandadan milliyə futbolçu dəvət olunmamasını normal qarşıladıqlarını bildirib:

"Qəbələ"dən kiməsə dəvət gəlməməsini çox götür-qoy eləmək fikrimiz yoxdur. Milli komandanın məşqçisi var. Özü oyun üslubuna kimlər uyğundusa onlara dəvət göndərir. Bunu normal qarşıladıq".

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM