AFFA növbəti mövsümdə də «Qəbələ»yə maliyyə yardımı ayırmağa razıılaşıb.
Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib.
Redaksiyamıza verilən bilgiyə görə, hələlik dəstək fondunun nə qədər olacağı dəqiq deyil.
Cari mövsüm həmin məbləğ 1,5 milyon manat təşkil etmişdisə, gələn «futbol ili» üçün vəsaitin miqdarı ondan çox da ola bilər, az da.
Hər halda qurumun əyalət təmsilçisi ilə anlaşmasından çox şey asılıdır. Burada bir neçə şərtdən söhbət gedir.
Məsələn, AFFA ayıracağı məbləğin legioner transferlərinə sərf olunmasına qarşıdır.
Federasiya tələb edir ki, yardım paketdən əsasən akademiyanın saxlanılması və əvəzedici komandanın bərpası üçün istifadə olunsun.