"Qəbələ"nin keçmiş məşqçisi Premyer Liqa komandasında

21 Mart 2021 17:00 Qəbələ 717
"Qəbələ"nin keçmiş məşqçisi Premyer Liqa komandasında

"Qəbələ"nin keçmiş məşqçisi Yuri Baturenko Rusiyada "Rotor" un sükanı arxasına keçib.

Sportinfo.az xəbər verir ki, 56 yaşlı mütəxəssis yeni vəzifədə Aleksandr Xatskeviçi əvəzləyib.

Klubun baş direktoru Andrey Rekeçinskinin sözlərinə görə, baş məşqçi seçimində ilk növbədə, komandanın oyununu qaydasına sala və kollektiv formalaşdıra bilən şəxsə üstünlük verilib:

"Bu baxımdan, Baturenko bizim üçün optimal variantdır. O, Yuri Syominlə çiyin-çiyinə çalışıb, birgə döyüşkən komandalar qurublar.

Bundan başqa, bizim futbolçular yeni baş məşqçimizə tanışdır. Bu da digər oyunçularla dil tapmaqda kömək edəcək".

Yuri Baturenko Yuri Syominin köməkçisi kimi Rusiyada "Lokomotiv", "Mordoviya" və "Anji"də də çalışıb.

Onlar 2013/2014 mövsümündə "Qəbələ"də ikən Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olublar.

Digər Xəbərlər
Xəbər Lenti