“Qəbələ”nin eks baş məşqçisi Premyer Liqada çalışacaq?

20 Mart 2021 23:40 Qəbələ 935
“Qəbələ”nin eks baş məşqçisi Premyer Liqada çalışacaq?

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin yenidən Rusiyada çalışa bilər.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Rotor”da baş məşqçi postuna namizədlər arasında 73 yaşlı mütəxəssis də var.

Rusiya klubunun rəsmiləri bu məlumatı təsdiqləyib.

“Rotor”da bir neçə gün əvvəl baş məşqçi Aleksandr Haçkeviçlə yollar ayrılmışdı. Volqoqrad təmsilçisi Premyer Liqada 13-cü sıradadır.

Syomin 2013/14 mövsümündə “Qəbələ”ni çalışdırıb. O, son olaraq Rusiyada “Lokomotiv”də baş məşqçilik edib. Syomin 2020-ci ilin mayından işsizdir.

Digər Xəbərlər
Xəbər Lenti