Azərbaycana yeni gələn hücumçu dağlara səs saldı - FOTOLAR

15 Mart 2021 09:20 Qəbələ 1 627
Azərbaycana yeni gələn hücumçu dağlara səs saldı - FOTOLAR

Azərbaycan Premyer Liqasının XX turunun ikinci gününün ilk matçı Qəbələdə baş tutub.

Sportinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində son görüşünə çıxan “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib.

“Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə dörd dəyişiklik olub. Anar Nəzirov, Yusif Nəbiyev, Vinko Medimoreç və İdris İnqilablı ilk dəqiqələrdən meydana çıxıb. Tərlan Əhmədli, Ehtiram Şahverdiyev, Yurgen Qoxa və Rüfət Əhmədov “11-lik”dən kənar qalıb.

Qarşılıqlı hücumlarla başlayan ilk yarının əvvəlində hər iki komanda bir neçə təhlükəli hücum qurub. Nikolas Raysel və Murad Musayevin zərbələri yaddaqalan olsa da, hər iki halda futbolçularımıza dəqiqlik çatmayıb.

Asif Məmmədovun fərqlənməyinə isə rəqiblər mane olub. Hesab hissənin ortalarında açılıb. Asif Məmmədovun cərimə zərbəsindən sonra Merab Qiqaurinin toxunuşu ilə top Vinko Medimoreçin önünə düşüb.

Onun cərimə meydanı daxilindən zərbəsi qarşısıalınmaz olub – 1:0. Bu, xorvatiyalı müdafiəçinin “Qəbələ”nin heyətində ilk qolu kimi yadda qalıb. Qoldan az sonra Merab Qiqauri qırmızı vərəqə alaraq “qırmızı-qaralar”ı azlıqda qoyub.

Bundan bir neçə dəqiqə keçməmiş Asif Məmmədovun yaxın məsafədən zərbəsini rəqib qolkiper çətinliklə tutub. Hissənin ikinci yarısında qonaqlar daha fəal olsa da, “Qəbələ” futbolçuları müdafiədə etibarlı oynamaqla yanaşı kəskin hücumlar da təşkil edib.

İkinci hissənin əvvəlində “qırmızı-qaralar” ardıcıl iki qol imkanı əldə edib. Ceyms Adeniyidən ötürmə alan Nikolas Rayselin cərimə meydanı daxilindən zərbəsini rəqib qolkiper dəf edib.

Az sonra Rafael Utriq yaxın məsafədən çərçivəyə düşməyib. Say üstünlüyünə malik olan qonaqlar məğlubiyyətdən qaçmaq üçün daha çox hücum edib.

Belə epizodların birində Anar Nəzirov ustalığını nümayiş etdiribsə, bir dəfə də qapı dirəyi hesabın dəyişməsinə imkan verməyib.

Nikolas Raysel sol cinahdan cərimə meydanına ötürməni qapadığı epizodda da top qapıdan az aralı keçib. Hissənin sonlarında Asif Məmmədov zədələndiyi üçün əvəzlənib.

Hakimin final fitinə 5 dəqiqə qalmış təhlükəli əks-hücum Rövlan Muradovun qüvvətli zərbəsi ilə başa çatsa da, qapıçı topu dəf edib. Paytaxt təmsilçisi uzatma dəqiqələrində bərabərlik qoluna imza atıb. Fakundo Melivilo hesabda tarazlıq yaradıb.

Beləliklə, oyunun böyük hissəsini azlıqda keçirən “Qəbələ” 1:1 hesablı heç-heçə ilə bir xal qazanıb.

“Qəbələ” – “Zirə” 1:1

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Cəmil Quliyev

Dördüncü hakim: Rəhim Həsənov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Yurgen Qoxa, 67 (qeyri-idman hərəkəti); Nikolas Raysel, 87 (oyunun bərpasının ləngidilməsi); Cavid Hüseynov, 87 (hakimin qərarına etiraz) // Ağabala Ramazanov, 60 (hakimin qərarına etiraz); Riçard Almeyda, 72 (qeyri-idman hərəkəti); Dmitrios Çantakias, 90+1 (qeyri-idman hərəkəti); İlkin Muradov, 90+4 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Merab Qiqauri, 29 (təcavüzkar davranış)

Qollar: Vinko Medimoreç, 23 // Fakundo Melivilo, 90+3

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 6 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(14. Cavid Hüseynov, 82)

74. Yusif Nəbiyev

28. Murad Musayev

99. Ceyms Adeniyi

(13. Yurgen Qoxa, 65)

77. Merab Qiqauri

32. Nikolas Raysel

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

55. İdris İnqilablı

(10. Rövlan Muradov, 73)

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

Baş məşqçi: Elmar Baxşıyev

“Zirə”

1. Mateus Albino

8. İlkin Muradov

10. Ağabala Ramazanov (k)

2. Sərtan Taşkın

32. Qismət Alıyev

30. Riçard Almeyda

(14. Fakundo Melivilo, 74)

11. Klesio Bauk

(17. Rodriqo Bonqonqui, 64)

12. Lazar Corceviç

(7. Tural Bayramlı, 36)

44. Dmitrios Çantakias

26. Nemanya Andelkoviç

29. Musa Qurbanlı

Ehtiyat oyunçular:

22. Rəşad Əzizli

62. Abdulla Seyidəhmədov

13. Şəhriyar Rəhimov

5. Kərim Diniyev

21. Hacıağa Hacılı

77. Cəlal Hüseynov

Baş məşqçi: Rəşad Sadıqov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!