"Hakimlər "Qəbələ"dən nə istəyir?" - Elmar Baxşıyev

14 Mart 2021 18:05 Qəbələ 836
"Hakimlər "Qəbələ"dən nə istəyir?" - Elmar Baxşıyev

“Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, rəqibin heyətində səviyyəli futbolçular olan yaxşı komandadır. Futbolçuların çıxışından ümumilikdə razı qaldım. Komanda xarakter göstərdi və azlıqda qalmasına baxmayaraq rəqibə layiqli müqavimət göstərdi. Sadəcə, son saniyələrdə qol buraxmağımız xal itkisinə gətirib çıxardı. Bu komandada xarakter var. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldıracağıq”.

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis hakimlik barədə də fikirlərini bildirib: “Yenə hakimlik mövzusuna qayıtmaq istəyirəm. Hər oyunumuzda hakimlər hər şey edirlər ki, nəticəyə təsir etsinlər. Mən daim komanda ilə ünsiyyətdə oluram. Futbolçuları başa sala bilmirəm ki, hakimlər “Qəbələ”dən nə istəyir? Əgər matçdan öncə nəticənin heç-heçə bitməli olduğunu bilirlərsə, gəlib bizə də desinlər. Əsəb keçirməyib, rahat oyunumuza baxaq. Futbol ədalətliliyi sevir. “Zirə”nin əməyini danmaq istəmirəm. Rəşad Sadıqov komandada yaxşı işlər görür. Oyunları bir-bir də saya bilərəm. “Neftçi” ilə görüşdə İnqilab Məmmədov hiss etdirdi ki, rəqibə simpatiyası var. “Sumqayıt”la matçda hakim gözünün qabağındakı penaltini vermir, gözləyir ki, nə isə olsun. Sonda komanda qol buraxır. Bizə də çox çətindir. Gənc məşqçiyəm, yeni başlamışam. Lakin komandamıza başa sala bilmirəm ki, rəqiblə mübarizə aparın, hakimlərlə yox. Hər qarşılaşmada görürük ki, rəqib qalıb, hakimlərlə mübarizə aparmalı oluruq. Həmin epizoddan bir oyunda 10 dəfə rast gəlinir. Standart vəziyyətdə müdafiəçi ilə hücumçu kontaktda olur. Hər dirsək eyni olmur. Əlinin qalxmasına da baxın, dirsək vurmasına da. Tutan oyunçunu necə etməlisən? Məncə, qırmızı deyildi. Dirsəyə görə baxırsızsa, oyun ərzində belə epizodlar çox yaranır ki, əl üzə dəyir. Matçın sonlarında Yurgen Qocanın üzünə şillə vurdular, hakim heç görmədi. Futbolu birtərəfli etmək lazım deyil. Simpatiya hiss edilir. Matçın 90+6-cı dəqiqəsində hücuma çıxırıq, cərimə verməyib, üstünlüyə buraxırsa, bunun heç niyyəti yoxdur. Mən onların qərarlarını başa düşmürəm. Sualları mənə yox, hakimlərə vermək lazımdır. Referi “Sumqayıt”la görüşdə iki penaltini vermir, soruşanda da görmədiyini deyir. Hamı görür, bunlardan başqa. Bizlə onlar fərqli baxır, epizodu ayrı görür. Ədaləti qorusalar, daha yaxşı olar”. (Report)

Digər Xəbərlər
Xəbər Lenti