Premyer Liqa klubu yenə maliyyə dəstəyi istədi

12 Mart 2021 13:00 Qəbələ 1 254
Premyer Liqa klubu yenə maliyyə dəstəyi istədi

«Qəbələ» növbəti dəfə AFFA-nın «qapısını dbyub».

Sportinfo.az-ın federasiyadan aldığı məlumata görə, əyalət təmsilçisi yeni mövsümdə Premyer Liqada çıxışını davam elətdirməsi məqsədilə növbəti dəfə maddi dəstək istəyib.

Müraciət hələlik şifahi formadadır. Qarşıdakı həftələrin birində bununla bağlı tərəflər arasında görüş keçirilməsi gözlənilir.

AFFA-nın «qırmızı-qaralar»dan vaxt istəyəcəyi bildirilir. Çünki SOCAR-ın strukturunda aparılan son islahatlar federasiyanın mövqeyinə təsir göstərib. İndi qurumun özündə də bilmirlər ki, baş sponsor üzümüzə gələn «futbol ili» üçün ona nə qədər vəsait ayıracaq.

AFFA İcraiyyə Komitəsi mövsümlərarası fasilədə bir sıra klublarla yanaşı, «Qəbələ»yə də yardım paketinin ayrılmasına qərar verib. bu məbləğ 1,5 milyon manat təşkil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti