"Mövsümün əvvəlində planlaşdırılan büdcə, onsuz da, ayrılıb"

13 Mart 2021 16:20 Qəbələ 1 179
"Mövsümün əvvəlində planlaşdırılan büdcə, onsuz da, ayrılıb"

"Biz bu ruh düşkünlüyünü aradan qaldırmağa çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ" Futbol Akademiyasının direktor müavini Nail Kərimov deyib.

Onun bildirdiyinə görə, UEFA Gənclər Liqasının ləğvinin yeganə təsiri futbolçularda müəyyən ruh düşkünlüyü yaratmasıdır:

"U-19 komandamızı və akademiyanı bu yarışa görə saxlamırıq. Bütün yaş qruplarında məşqlər mövsümün əvvəlindən indiyədək davam edir.

Yekun məqsədimiz odur ki, əsas komanda üçün futbolçu yetişdirək. Bunu da edirik. Ümid edirik ki, növbəti mövsümün əvvəlində, yay hazırlığında daha 2-3 oyunçu əsas komandaya cəlb ediləcək.

Məqsəd bu olduğu üçün məşqlər davam edirdi, mövsümün əvvəlində planlaşdırılan büdcə, onsuz da, ayrılıb. Gənclər Liqası üçün isə xüsusi hazırlığa ehtiyac yox idi.

Hazırlığımız istənilən halda bu şəkildə olur, ciddi yanaşılır. Yarışın keçirilib-keçirilməməsinin akademiyanın sürətinə hər hansı təsiri ola bilməz".

Digər Xəbərlər
Xəbər Lenti