Azərbaycan klubunun yanğınsöndürəni - PROBLEM

12 Mart 2021 00:42 Qəbələ 1 179
Azərbaycan klubunun yanğınsöndürəni - PROBLEM

AFFA İntizam Komitəsi “Qəbələ” – “Səbail” oyununda qırmızı vərəqə alan futbolçuları cəzalandırıb.

Meydan sahiblərinin müdafiəçisi Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb və klubu 200 manat cərimələnib.

Sportinfo.az xəbər verir ki, qonaqların oyunçusu Ruslan Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb.

Paytaxt təmsilçisi 1600 manat cərimə olunub. Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün əyalət klubu 400 manat ödəməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM