"Qəbələ" itirə-itirə gedir, o, razı qalır - FOTOREPORTAJ

10 Mart 2021 09:20 Qəbələ 766
"Qəbələ" itirə-itirə gedir, o, razı qalır - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIX tur davam edir.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” turun ikinci günündə “Səbail”lə qarşılaşıb.

“Qırmızı-qaralar” ev oyununa ötən turla müqayisədə 4 dəyişikliklə çıxıb. Tərlan Əhmədli, Asif Məmmədov, Ehtiram Şahverdiyev və Rafael Utriq start “11-liy”ində yer alıb. Onlar Anar Nəzirov, Yusif Nəbiyev, Vinko Medimoreç və Rövlan Muradovu əvəzləyib.

İndiyədək ev oyunlarında “Səbail”ə uduzmayan “Qəbələ” bu dəfə də doğma arenaya qələbə iddiası ilə çıxıb. İlk yarıda üv sahibləri bir neçə təhlükəli hücum təşkil etsə də, hesabı açmağa nail olmayıb.

Qonaqların həmlələrinin qarşısını isə müdafiədə etibarlı çıxış edən arxa xətt oyunçularımız alıb. Qarşılaşmadakı qollar fasilədən sonraya təsadüf edib.

İkinci hissənin əvvəlində Amil Yunanov paytaxt təmsilçisini hesabda önə çıxarıb. Buraxılan qoldan az sonra “qırmızı-qaralar” say üstünlüyü qazanıb.

Ruslan Hacıyev qırmızı vərəqə ilə cəzalanıb. “Qəbələ” hakimin final fitinə 11 dəqiqə qalmış bərabərlik qolunu vurmağı bacarıb. Rafael Utriq qonaqların qapısına yol tapıb.

Görüşün sonlarında Rüfət Əhmədov da qırmızı vərəqə alaraq meydanı tərk edib. Qələbə qazanmaq üçün hücumları davam etdirən rəqiblərin heç biri hesabı dəyişə bilməyib. Beləliklə, Qəbələ şəhər stadionundakı matçda qollu heç-heçə qeydə alınıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Bizi çətin, ağır oyun gözlədiyini bilirdik. “Səbail” çempionatın ağır rəqiblərindən biridir. Bu komanda yaxşı müdafiə olunur, rəqibə az imkan verir və əks-hücumlarda yaxşı oynayır.

Aftandil Hacıyevin gördüyü iş hiss olunur. Komandamızın oyununa gəlincə, ümumilikdə razı qaldım. Çatışmayan cəhətlərimiz var. Onları analiz edəcək və üzərində işləyəcəyik.

Oyunda dominantlıq edən tərəf idik. Çoxsaylı epizodlar yaratdıq, lakin istifadə edə bilmədik. Ruhdan düşmürük, qarşıdakı oyuna köklənib maksimum nəticə qazanmağa çalışacağıq.

İki xal itirdiyimizi düşünmürəm. Çempionatda hər bir komanda istənilən rəqibdən xal almağa qadirdir. Bu gün bir xal qazandıq. Futbolçularımız qaçırılan qol epizodlarının hamısını məşqdə dəyərləndirərdi.

Lakin oyun ayrıdır, stress də olur. Komanda əsas tələb olan oyun nizam-intizamını qoruyur, epizodları yaradır ki, bu da qüvvə tələb edir. Bu imkanların yaradılması bizi sevindirməyə bilməz”.

“Qəbələ” – “Səbail” 1:1

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Eyyub İbrahimov

Dördüncü hakim: İnqilab Məmmədov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Rüfət Əhmədov, 43, 88 (qeyri-idman hərəkəti) // Amil Yunanov, 37 (qeyri-idman hərəkəti); Əfran İsmayılov, 58 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqələr: Rüfət Əhmədov, 88 // Ruslan Hacıyev, 67 (ciddi qayda pozuntusu)

Qollar: Rafael Utriq, 78 // Amil Yunanov, 57

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

(14. Cavid Hüseynov, 70)

28. Murad Musayev

9. Ehtiram Şahverdiyev

(70. Ülvi İsgəndərov, 75)

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

23. Rafael Utriq

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

33. Müşfiq Nadirov

74. Yusif Nəbiyev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

6. Kamal Mirzəyev

2. Vinko Medimoreç

17. Yaovi Akakpo

10. Rövlan Muradov

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”

96. Nikolas Hagen

14. Rahid Əmirquliyev (k)

34. Urfan Abbasov

55. Adil Nağıyev

28. Məqsəd İsayev

22. Əfran İsmayılov

(77. Ədilxan Qarəhmədov, 75)

29. Amil Yunanov

(11. Rauf Əliyev, 87)

23. Milovan Petrovik

(17. Elçin Rəhimli, 90+1)

4. Ali Sisey

20. Ruslan Hacıyev

3. Turan Manafov

Ehtiyat oyunçular:

25. Elxan Əhmədov

26. Kamal Qurbanov

7. Mirsahib Abbasov

9. Florian Kadriu

19. Luka İmnadze

Baş məşqçi: Aftandil Hacıyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti