“Qəbələ”: “Əsas komandaya düşə bilməyənlərlə yollarımızı ayırmağı düşünürük”

7 Mart 2021 20:40 Qəbələ 787
“Qəbələ”: “Əsas komandaya düşə bilməyənlərlə yollarımızı ayırmağı düşünürük”

“Bizim komanda gənc oyunçulardan qurulub.

Bizdə limitə düşən dörd-beş oyunçu var. Onların da əksəriyyəti əsas komandaya cəlb olunub”.

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Famil Xəlilova məxsusdur.

Gəzən söz-söhbətlərə görə, UEFA-nın Gənclər Liqasının cari mövsümün ləğvi ilə bağlı məlum qərarından sonra “Qəbələ”nin U-19 komandası da hərbi terminlə desək, “tərksilah olunacaq”.

Iddiaya görə, rəhbərlik bir çox futbolçu ilə yolları ayırmaq niyyətindədir. Ancaq Xəlilov deyilənləri təsdiqləməyib:

“Bu uşaqların yaşı imkan verir ki, gələn il də onların xidmətindən yararlanaq. Biz əvvəlcədən bu kimi nüansları nəzərə alıb, addım atmışıq.

Komandadan ayrılacaq futbolçularımızın sayı çox azdır. 2002-ci təvəllüdlü futbolçularımızın arasında əsas komandaya düşə bilməyənlərlə yollarımızı ayırmağı düşünürük”.

Digər Xəbərlər
Xəbər Lenti