Azərbaycanlı məşqçi: "Futbolçularım artıq məşqdən zövq ala bilmir"

27 Fevral 2021 21:20 Qəbələ 681
Azərbaycanlı məşqçi: "Futbolçularım artıq məşqdən zövq ala bilmir"

UEFA-nın Gənclər Liqasının cari mövsümünün ləğvinə dair qərarından sonra “Qəbələ"nin U-19 komandası sosial şəbəkədə paylaşım edərək, bu yaş qrupu üzrə ölkə çempionatının keçirilməsini istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Famil Xəlilov futbolçularının keçirdiyi aksiya barədə danışıb:

“Yüz məşq bir rəsmi oyunu əvəz etmir. Bunu ilk dəfə dilə gətirən mən deyiləm. Yeniyetmələr məşqlərdə bizim tapşırıqlara əsasən nə qədər çalışsalar da, heç şübhəsiz, rəsmi görüşdə ab-hava fərqli olur.

Bir ilə yaxındır ki, bu komanda ancaq məşqlə kifayətlənir. Belə deyək, uşaqlar artıq məşqdən zövq ala bilmirlər, özlərini daha ciddi sınaqlarda görmək istəyirlər.

Rəsmi görüşlərdə futbolçu daha məsuliyyətli olur, təzyiq altında çıxış edir. Bəli, yoldaşlıq matçları ilə biz bu boşluğu aradan qaldırmağa çalışmışıq.

Ancaq rəsmi oyunun ab-havası başqadır. Uşaqlar özlərini daha ciddi sınaqlara hazır sayırlar”.

Digər Xəbərlər
Xəbər Lenti