"Soruşurlar ki, nəyə görə belə olur? Ssəbəbini deyə bilmirik"

27 Fevral 2021 09:40 Qəbələ 554
"Soruşurlar ki, nəyə görə belə olur? Ssəbəbini deyə bilmirik"

"Bu, komandanın maksimumu deyil".
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında komandasının hazırkı performasını dəyərləndirib.

Bölgə komandası 17 turdan sonra Premyer Liqada 5-ci pilləni tutur. 21 xala malik "qırmızı-qaralar" turnir cədvəlində onda 1 sıra yuxarıda qərarlaşan "Sumqayıt"dan cəmi 2 xal geri qalır.

Çempionat yolu ilə avrokuboklara vəsiqə şansını davam etdirən əyalət təmsilçisi məqsədinə çtmq üçün sonadək mübarizə aparmaq niyyətindədir.

Baxşıyevi qayğılandıran qərəzlim hakimlikdir: "Siz komandanı həftədə bir dəfə - meydançada görürsüz. Amma biz hər gün komaandanın içindəyik, daim məşqlərdə futbolçularla işləyirik.

Görürük ki, hələ də artırmağa yerimiz var. Futbolçuların potensialı da buna imkan verir. Oyun içində bizim hakim səhvlərinə reaksiya verməyimiz normaldı.

Futbol emosiya oyunudur. Məşqçilər də o emosiyanın içində olur. Hakimlər bunları nəzərə almalıdır. Hər dəfə bizi trubunaya göndərməli deyillər.

Hakimlərdən çox danışmaq istəmirik. Hakimlərə cavabdeh qurum oyunlara baxıb analizlər etməlidir. Bizim gördüyümüzü bütün futbol ictimaiyyəti də görür.

Düzgün qərar versələr, yaxşı olar. Futbol ədaləti sevir. Ədalət olanda inkişaf da olur. Bizim dəyərləndirməmizlə "Sumqayıt"la oyundakı epizodlar penaltidir.

Amma onlar fərqli görürlər. Oyundan sonra oyunçular da bizdən soruşurlar ki, nəyə görə belə olur? Biz də səbəbini deyə bilmirik. Deyirik ki, hakim cavandır, görmədi.

Ancaq futbolçu da hiss edir ki, bu epizodlar penaldır. Belə olanda, onlar da oyun ərzində qıcıqlanır".

Digər Xəbərlər
Xəbər Lenti