“Özüm kənarda olsam da, tapşırıqlarımı verdim, yerinə yetirdilər”

26 Fevral 2021 20:20 Qəbələ 632
“Özüm kənarda olsam da, tapşırıqlarımı verdim, yerinə yetirdilər”

"Qış fasiləsindən sonra komanda meydanda futbol adına hər şey edir, verilən tapşırıqları maksimum yerinə yetirir.

"Sumqayıt" yaxşı təşkilatlanmış komandadır. Rəqibi analiz etmişdik və bilirdik ki, onlara qarşı necə oynamaq olar"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

AFFA İntizam Komitəsi onu 1 oyunluq cəzalandırıb. Səbəb 41 yaşlı mütəxəssisin "Neftçi" ilə Premyer Liqanın XVI tur matçında ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasıdır.

Qərara əsasən, Baxşıyev "Sumqayıt"la matçda (1:0) texniki zonada yer ala bilməyib: "Bizdə elə futbolçular formalaşıb ki, onlar nəticəni qazana biləcək gücdədir.

Özüm kənarda olsam da, tapşırıqlarımı verdim, futbolçular da yerinə yetirdilər. Özüm olmasam da, köməkçim Xaqani Məmmədov məni layiqincə əvəzlədi".

Digər Xəbərlər
Xəbər Lenti