Özü Qəbələdə, gözü Avropada, ruhu başqa qitələrdədir

26 Fevral 2021 19:40 Qəbələ 825
Özü Qəbələdə, gözü Avropada, ruhu başqa qitələrdədir

"Şəxsən mənim üçün başlanğıc çox yaxşı alındı: 4 oyuna 4 qol vurdum və məhsuldar ötürmə verdim.

Amma COVID-19 pandemiyasının ortaya çıxmasından sonra hər şey alt-üst oldu".

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin yarımmüdafiəçisi Nikolas Raysel Azərbaycan çempionatında debütündən danışıb.

Ötən ilin əvvəlindən ölkəmizdə çıxış edən fransalı legioner əyalət təmsilçisindəki ilk oyunlarda yaxşı çıxış etdiyini sözlərinə əlavə edib:

"Çempionat birdəfəlik dayandı və mövsüm erkən yekunlaşdı. Hər şeyə rəğmən, klubum müqaviləmi daha bir il artırmağımı təklif etdi.

Özümü burada yaxşı hiss etdiyimdən, sözləşməmi yeniləməyə qərar verdim. Artıq bir ildir buradayam və hər şey yaxşı gedir.

Ardıcıl görüşlər keçirirəm, səhhətimdə və fiziki durumumda problem yoxdur.

Öz oyunlarımla Avropa və digər qitələrin klublarının diqqətini cəlb edəcəyimə ümidvaram. Fikrimcə, zədəyədək olan xüsusiyyətlərimi bərpa edə bilmişəm".

Digər Xəbərlər
Xəbər Lenti