"Buna aidiyyatı qurumlar baxıb qərar verərlər"

25 Fevral 2021 18:00 Qəbələ 666
"Buna aidiyyatı qurumlar baxıb qərar verərlər"

"Maraqlı oyun alındı. Matça ciddi hazırlaşmışdıq. Rəqibi analiz etmişdik. Komandamız əzmkarlıq göstərdi və nəticədə qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib: "Epizodları diqqətlə izləsinlər. İkisindən birində penalti var idi. Buna aidiyyatı qurumlar baxıb qərar verərlər.

Bugünkü idarəçiliklə bağlı şikayət etmək fikrimiz yoxdur. Son vaxtlar oyunlarımızda hakim səhvləri çox olur. Bu mövsüm demək olar ki, lehimizə penalti qərarı yoxdur. Səbəbini dəqiq bilmirəm".

Məmmədov komandasının əzmkar oyun göstərdiyini söyləyib: "Mütləq şəkildə qələbə qazanıb, yerimizi qorumaq istəyirdik. Düşünürəm ki, uşaqlar əzmkar və istəkli oyun göstərdi. Layiqli qələbə qazandıq".

Digər Xəbərlər
Xəbər Lenti