“Qəbələ“ bu komandanın fəaliyyətini dayandırmayacaq

22 Fevral 2021 11:00 Qəbələ 748
“Qəbələ“ bu komandanın fəaliyyətini dayandırmayacaq

Bilindiyi kimi, “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının mübarizə aparmalı olduğu UEFA Gənclər Liqasının 2020/21 mövsümü ləğv edilib.

Bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

Sportinfo.az xəbər verir ki, qurum koronavirus pandemiyasına görə gənc futbolçuların sağlamlığını nəzərə alaraq müvafiq addım atıb. Öncə turnirin formatını dəyişən UEFA yarışın təşkil olunmamasını daha məqsədəuyğun sayıb.

“Qəbələ” turnirə Çempionlar yolunun 1/32 finalından başlamalı idi. “Qırmızı-qaralar”ın martın 4-də Şimali Makedoniyada “Şkendiya” ilə görüşü nəzərdə tutulmuşdu. Turnir ləğv edildiyindən bu qarşılaşma keçirilməyəcək.

“Qəbələ“ Futbol Akademiyasının direktoru Nail Kərimovun fikrincə, Gənclər Liqasının ləğvi U-19 komandasının fəaliyyətinə təsir etməyəcək:

"Uşaqlar məşq edirlər, yoldaşlıq görüşləri də keçirilib. Amma artıq 1 ildir rəsmi qarşılaşma oynanılmır. Son rəsmi matçlar ötən ilin martın baş tutub.

Məşqlər isə tam sürəti ilə davam edir, saxlamamışıq. Qış fasiləsindən indiyədək 5 yoldaşlıq oyunu keçirmişik. Daha ikisi də planlaşdırılır".

Digər Xəbərlər
Xəbər Lenti