“Neftçi”nin rəhbərləri, məşqçiləri təzyiq edir, amma biz bunu etməyəcəyik“

21 Fevral 2021 11:20 Qəbələ 920
“Neftçi”nin rəhbərləri, məşqçiləri təzyiq edir, amma biz bunu etməyəcəyik“

“Oyunun ağır keçəcəyini öncədən bilirdik, rəqib yaxşı təşkilatlanmış komandadır“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev dilə gətirib.

“Neftçi“ ilə oyundan (1:0) danışan “qırmızı-qaralar”ın 41 yaşlı çalışdırıcısı deyib: “Futbolçuları bu görüşə maksimum motivasiya etmişdik.

Qarşılaşmada da gördük ki, “Qəbələ” “Neftçi”dən daha yaxşı, daha məzmunlu oynadı. Futboldur, vurmayana vurarlar. Məncə, nəticə ədalətli olmadı.

Çempionatda heç bir komandadan çəkinmirik. Öz oyun dəst-xəttimiz var və belə davam edəcəyik. Komandama inanıram.

Çempionatın startından meydanda hər şey edir. Sadəcə qol çatışmır. Bu nöqsanı qarşıdakı görüşlərdə aradan qaldıracağıq”.

Baxşıyev İnqilab Məmmədovun başçılıq etdiyi hakimlər briqadasının ”Neftçi”yə açıq simpatiyasından və onlara qarşı qərəzindən də danışıb:

“Hakimlik haqda danışmaq istəyirəm. Bu, uzun mövzudur. 16 tura 11 metrlik cərimə zərbəsi vurmamışıq. İnanıram bundan sonra da vurmayacağıq.

Hər oyun bizə qarşı antipatiya var. Mübarizə epizodunun dayandırılmasını biz də istəmirik. Amma “Neftçi”nin xeyrinə olan qayda pozuntusu qeydə alınır, bizə qaşı yox.

Heç kimi təzyiq altında saxlamaq istəmirik. Bəlkə də “Neftçi”nin rəhbərləri, məşqçiləri təzyiq edirlər. Amma biz bunu etməyəcəyik. Mən komandama inanıram.

Bizim komandaya qeyri kömək lazım deyil. Hakimlər nə varsa, onu idarə etsinlər. Bizə onların köməyi lazım deyil. Hər matçda bizə qarşı hakim səhvləri olur. Sonra deyirlər ki, hakimdir, səhv edə bilər.

Əlbəttə, biz də, mən də, komanda da səhv edir. Amma bir var səhvi düzəldirlər. Ancaq görürük ki, ard-arda davam edir. Biz nəticə çıxardığımız kimi hakimlər də çıxarmalıdır.

Biz təzyiq etməyəcəyik. Əgər bizim hakimləri təzyiq altında saxlamaq istədiyimizi fikirləşirlərsə, oyunumuza davam edəcəyik.

Hamıya göstərəcəyik ki, “Qəbələ” yaşayır, büdcəsi az olsa da, meydanda bütün komandalara sözünü deməyə qadirdir. Hakim mənə deyir ki, xətti tapdalamısan.

Baxıram ki, cəmi 10 sm qabağa çıxmışam. Əgər buna fikir verirlərsə, futboldan danışmağa ehtiyac yoxdur. Aqressiv olmağıma gəlincə, ilk dəqiqələrdən görünürdü ki, hakim qərarları bir tərəfə verir, o birinə yox.

Futbol ədalətli oyundur. Hakimlər üzərinə nə düşürsə, onu etsinlər. Bizə kömək lazım deyil. 16 turda penalti vurmayan komandayıq.

Əgər varsa, versinlər, yoxdursa verməsinlər. Rəqibi təbrik edirəm. Komandam meydanda hər şey etdi”.

Digər Xəbərlər
Xəbər Lenti