"Hakimlərin "Qəbələ"yə qarşı antipatiyası var" - FOTOREPORTAJ

21 Fevral 2021 14:00 Qəbələ 644
"Hakimlərin "Qəbələ"yə qarşı antipatiyası var" - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son görüşü Bakıdakı “Bakcell Arena”da baş tutub.

“Qəbələ” çempionatın lideri “Neftçi”nin qonağı olub. Ötən turla müqayisədə “qırmızı-qaralar”ın start heyətində yalnız bir dəyişiklik edilib.

Baş məşqçi Elmar Baxşıyev Ceyms Adeniyiyə paytaxtdakı görüşün ilk dəqiqələrindən şans verib. O, “11-lik”də Rövlan Muradovu əvəzləyib.

Matçın ilk yarısı qarşılıqlı hücumlarla keçib. Oyunun əvvəlində Ştefan Vukçeviçin qapı istiqamətinə zərbəsi istənilən kimi alınmayıb.

Sağ cinahdan cərimə meydanına daxil olan Asif Məmmədovun iti bucaq altından endirdiyi zərbədən sonra top qapının üstündən keçib. Müdafiədə etibarlı oynayaraq rəqib hücumlarının qarşısını alan “qırmızı-qaralar” bir neçə qol imkanı qazanıb.

Cinah ötürməsindən sonra Murad Musayevin yaxın məsafədən başla topa toxunuşu hesabın açılması üçün yetərli olmayıb. Az sonra Nikolas Rayselin ötürməsi zamanı uzaq dirəyin önündə olan Asif Məmmədovun zərbəsinin qarşısını rəqib qapıçı alıb.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Real qol vəziyyətlərinin zəngin olmadığı matçda hər iki komanda hücumlarını davam etdirib.

Belə həmlələrin birində Rafael Utriq əlverişli mövqedən çərçivəyə düşməyib. Fasilədən sonra daha fəal təsir bağışlayan “Qəbələ”nin heyətində Ceyms Adeniyi və Nikolas Raysel də təhlükəli zərbələrlə yadda qalıb.

Rafael Utriqin cərimə meydanının xətti üzərindən qüvvətli zərbəsini isə rəqib qolkiper dəf edib. Anar Nəzirov da ustalığını nümayiş etdirməli olub. O, rəqibin yaxın məsafədən baş zərbəsini küncə çıxarıb.

Qolkiper az sonra Namiq Ələsgərovun qüvvətli zərbəsini zərərsizləşdirib. Rafael Utriqin qapıçı meydanı yaxınlığından başla toxunuşu zamanı top tirin üstündən keçib.

Matçın taleyini uzatma dəqiqələrindəki qol həll edib. Paytaxt təmsilçisinin vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb. Beləliklə, “Qəbələ” səfərdən xalsız dönüb.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev: "Oyun ağır keçdi. Rəqib yaxşı komandadır. Kollektivi oyuna kökləmişdik. Futbolda vurmayana vurarlar. Məncə, ədalətli nəticə olmadı. Çempionatda heç bir kollektivdən çəkinmirəm. Futbolçulara inanıram, sadəcə qol çatışmır. Qarşıdakı görüşlərdə bunu aradan qaldıracağıq".

41 yaşlı mütəxəssis bildirib ki, 16 tur ərzində penalti vurmayıblar: "Hakimlərin bizə qarşı antipatiyası var. "Neftçi"yə bəzi epizodlarda cərimə verdilər bizə isə yox. Bəlkə "Neftçi" rəsmiləri hakimə təzyiq edir.

Bizə kömək lazım deyil. Hər zaman hakimlərin bizə qarşı səhvi olur. Səhvlər düzəlmir, ard-arda davam edir. Hakimlər də nəticə çıxarmalıdır. Biz oyunumuzla göstərəcəyik ki, "Qəbələ" yaşayır və yaşayacaq".

Baxşıyev meydandan qovulması haqqında bunları söyləyib: "Baş hakim mənə deyir ki, xətti tapdalamısan. Baxıram ki, 5-10 santimetr irəlidəyəm. Buna fikir verirlərsə, futboldan danışmaq olmaz. Bizə kömək lazım deyil. Rəqibi təbrik edirəm. Mənim komandam meydanda futbol adına hər şey etdi".

“Neftçi” – “Qəbələ” 1:0

“Bakcell Arena”, tamaşaçısız

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Nahid Əliyev

Dördüncü hakim: Səbuhi Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: Namiq Ələsgərov, 33 (qeyri-idman hərəkəti) // Yurqen Qoxa, 26 (qeyri-idman hərəkəti); Rüfət Əhmədov, 27 (qeyri-idman hərəkəti); Ceyms Adeniyi, 45+2 (hakimin qərarına etiraz); Rövlan Muradov, 82 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 90+4 (meydançaya daxil olduğuna görə)

Rəsmi şəxsə göstərilən qırmızı vərəqə (iki sarı): Elmar Baxşıyev, 56 (texniki zona qaydalarına pozduğuna görə), (hakimin qərarına etiraz)

Qol: Emin Mahmudov, 90+4

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Neftçi”

30. Aqil Məmmədov

7. Namiq Ələsgərov

8. Emin Mahmudov (k)

22. Mirabdulla Abbasov

(9. Ahmed Ahmedov, 56)

19. Fəhmin Muradbəyli

3. Mamadu Mbodj

28. Stiven Monroz

91. Tallison Diaz

17. Bruno Teluşi

24. Yusuf Laval

(10. Saman Nərimancahan, 46)

20. Mert Çelik

Ehtiyat oyunçular:

1. Səlahət Ağayev

12. Kamran İbrahimov

29. Sabir Buqrin

80. İsmayıl Zülfüqarlı

27. Fərid Yusifli

72. Emin Zamanov

70. Asim Əlizadə

37. Vüsal Əsgərov

Baş məşqçi: Samir Abasov

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(74. Yusif Nəbiyev, 90+2)

28. Murad Musayev

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

(10. Rövlan Muradov, 69)

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

23. Rafael Utriq

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

14. Cavid Hüseynov

2. Vinko Medimoreç

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti