"Qəbələ" baş məşqçisiz qaldı

20 Fevral 2021 19:40 Qəbələ 1 059
"Qəbələ" baş məşqçisiz qaldı

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda hazırda davam edən "Neftçi" ilə matçda texniki zonadan kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, dördüncü hakim Səbuhi Bayramovun işarəsindən sonra görüşün baş hakimi İnqilab Məmmədov çalışdırıcıya əvvəlcə sarı vərəqə göstərib.

Ancaq baş məşqçinin etirazının davam etməsindən sonra o, qırmızı vərəqə ilə cəzalandırılıb və texniki zonadan uzaqlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!