"Həm bizə, həm də "Neftçi"yə asan olmayacaq"

20 Fevral 2021 11:40 Qəbələ 679
"Həm bizə, həm də "Neftçi"yə asan olmayacaq"

"Normal hazırlıq keçmişik. Digər komandalara qarşı necə hazırlaşırıqsa, "Neftçi"yə qarşı da eyni cür hazırlaşmışıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq. Qapanış matçında lider “Neftçi” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ötən tur "Keşlə"yə qalib gələn əyalət təmsilçisinin çalışdırıcısı bu gün də uğurlu nəticəyə ümid etdiklərini bildirib:

"Neftçi" özü bizim üçün bir motivasiyadır. İlk pillələrdə gedən komandadır. İnanıram ki, futbolçular özü də belə komanda üzərində yaxşı nəticəyə köklənib.

Çempionatda zəif komanda anlayışı yoxdur. Hər bir komanda digərindən xal almaq gücündədir. Həm bizə, həm də "Neftçi"yə asan olmayacaq. Çalışacağıq ki, uğurlu nəticə qazanaq.

Komanda qarşısında nəyin bahasına xal almalıyıq deyə bir anlayış yoxdur. Tələbimiz istədiyimiz oyunu görməkdir. Tapşırıqları yerinə düzgün yetirəndə nəticə də özü gələcək".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!