UEFA "Qəbələ"nin artıq xərcə düşməsini istəmədi

17 Fevral 2021 22:20 Qəbələ 924
UEFA "Qəbələ"nin artıq xərcə düşməsini istəmədi

UEFA Gənclər Liqasında 2020/2021 mövsümü ləğv olunub.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu koronavirus pandemiyası ilə bağlı bu addımı atıb.

Avropadakı epidemioloji vəziyyətin əlverişsiz inkişafı turnir iştirakçıları üçün maddi-texniki cəhətdən çətinlik yaratdığından bu cür qərar verilib.

Cari mövsümdə Azərbaycanı Gənclər Liqasında "Qəbələ" təmsil etməli idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM