Türkiyə klubunun transfer təklifi “Qəbələ”ni razı salmadı

15 Fevral 2021 20:20 Qəbələ 1 111
Türkiyə klubunun transfer təklifi “Qəbələ”ni razı salmadı

“Qəbələ”nin hücumçusu Ceyms Adeniyeyə növbəti təklif gəlib.

Bu dəfə Türkiyədən.

TFF I Liqada mübarizə aparan “Ümraniyəspor” nigeriyalı legionerin transferi üçün qarşı tərəfə müraciət edib.

Qonşu ölkə təmsilçisi afrikalı forvardın özüylə şəxsi müqavilə şərtlərini razılaşdırsa da, “Qəbələ” ilə ortaq məxrəcə gələ bilməyib.

Belə ki, “Ümraniyəspor” Azərbaycan klubuna təzminat ödəmək istəməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti