Qurbanov uduzmasa, onun istefası müzakirəyə çıxarılacaq - RƏHBƏRLİKDƏN XƏBƏRDARLIQ

14 Fevral 2021 14:20 Qəbələ 1 687
Qurbanov uduzmasa, onun istefası müzakirəyə çıxarılacaq - RƏHBƏRLİKDƏN XƏBƏRDARLIQ

Bu gün Premyer Liqada XV turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Keşlə"ni qəbul edəcək.

Hazırda əyalət təmsilçisi 15 xalla 5-ci, paytaxt klubu 13 xalla 7-ci yerdə gedir.

Komandalar indiyədək çempionatda 49 dəfə üz-üzə gəliblər. 13 dəfə "Qəbələ", 18 dəfə "Keşlə" 3 xal əldə edib. 18 oyunda heç-heçə qeydə alınıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 65:48. "Qəbələ" son 5 matçda qalib gələ bilməyib. “Keşlə” isə səfərdə 6 oyundur uduzmur.

Digər tərəfdən, Sənan Qurbanov "Keşlə"nin yeni baş məşqçisi kimi çempionatda debüt oyununu məhz keçmiş komandası "Qəbələ"yə qarşı keçirəcək.

O, 2019/2020 mövsümünün III turunda evdə elə "Keşlə" klubuna 0:4 hesabı ilə uduzduqları görüşdən sonra əyalət komandasından istefa vermişdi.

2019-cu il 31 avqusta təsadüf etmiş görüşdən sonra Qurbanov işsiz idi. 40 yaşlı mütəxəssis "Keşlə"yə yanvarın 25-də baş məşqçi təyin olunub.

Qarşılaşmanın prinsipiallığını artıran əsas məqam da onunla bağlıdır. "Qəbələ" rəhbərliyi Qurbanovu buradan məğlubiyyətlə yola salmağı onun köməkçisi olmuş Elmar Baxşıyevdən tələb edib.

Bununla bağlı keçirilən görüşdə çalışdırıcıya xəbərdarlıq elan olunub. "Keşlə" bölgədən 3 xalla dönərsə, Baxşıyevin istefaya göndərilməsi məsələsi müzakirəyə çıxarılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!