"Qəbələ" – Biri qayıtdı, digərinə şiş imkan vermir

10 Fevral 2021 16:00 Qəbələ 537
"Qəbələ" – Biri qayıtdı, digərinə şiş imkan vermir

Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"la cavab görüşündə zədələnən "Qəbələ"nin futbolçularının durumuna aydınlıq gəlib.

Bu barədə Sportinfo.az-a komandanın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.

Gənc mütəxəssis qapıçı Anar Nəzirovun durumunun ciddi olmadığını və artıq fərdi məşqlərə başladığını bildirib.

25 yaşlı müdafiəçi Vinko Medimoreçin vəziyyətinə isə hələ aydınlıq gəlməyib. Məşqlərdən kənarda qalan futbolçunun dizində olan şişin çəkilməsi lazımdır ki, MRT-dən keçə bilsin. Ondan sonra xorvatiyalı legionerin yaşıl meydana nə vaxt dönəcəyinə tam aydınlıq gələcək.

Hər iki oyunçu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la baş tutan cavab görüşündə zədələnərək, meydanı vaxtından əvvəl tərk etməli olub.

"Qəbələ" həmin oyunda "Qarabağ"a 0:3 hesabı ilə uduzub. İlk görüşdə 3:0 hesablı qələbə qazanan Ağdan klubu növbəti mərhələyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti