“Qarabağ” bizə imkan vermədi ki..." - FOTOREPORTAJ

7 Fevral 2021 11:40 Qəbələ 747
“Qarabağ” bizə imkan vermədi ki..." - FOTOREPORTAJ

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

günün ilk matçı Qəbələdə baş tutub.

“Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Görüşdən öncə “qırmızı-qaralar” meydana xüsusi hazırlanmış forma ilə çıxıb. Futbolçular üzərində Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları əks olunan,

“Ən vacib qələbəni siz qazandınız” ifadəsi yazılan geyimdə olub. Müharibə iştirakçıları da meydana çıxıb və klubun prezidenti Fariz Nəcəfov onlara “Qəbələ”nin xüsusi hədiyyələrini təqdim edib.

“Qırmızı-qaralar” 5 gün öncə keçirilən ilk oyunla müqayisədə matça iki dəyişikliklə başlayıb. Baş məşqçi Elmar Baxşıyev Murad Musayevlə Ceyms Adeniyiyə start heyətində şans verib. Yurgen Qoxa və Rövlan Muradov “11-lik”dən kənar qalıb.

Oyunun ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Ağdam təmsilçisi 6-cı dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açıb.

Əks-hücumlarda fərqlənməyə çalışan “Qəbələ”nin bir neçə həmləsi yadda qalan olub. Belə epizodların birində Asif Məmmədovun yaxın məsafədən zərbəsi rəqib müdafiəçilərə tuş gəlib.

Birinci hissə “qırmızı-qaralar”ın iki oyunçusunun zədələnməsi ilə diqqət çəkib. Vinko Medimoreç fasiləyədək əvəzlənərək yerini Yurgen Qoxaya verib.

Uzatma dəqiqələrində Anar Nəzirovun rəqiblə toqquşması penalti ilə nəticələnib. Patrik Andrade fərqi iki topa çatdırıb. Bu zədə üzündən komandamızın kapitanı ikinci hissəyə çıxa bilməyib. Onu Tərlan Əhmədli əvəzləyib.

Fasilədən sonra da matçın ssenarisi dəyişməyib. İkinci hissənin əvvəlində fərqi üç topa çatdıran “Qarabağ” üstünlüyünü Patrik Andradenin qolu ilə artırıb.

Bu qoldan sonra da daha çox hücum edən qonaqların qarşısını müdafiəçilərin inamlı oyunu alıb. Bir neçə sürətli əks-hücum quran “qırmızı-qaralar” öncə Ülvi İsgəndərovla fərqlənməyə yaxın olub.

Nikolas Rayselin çərçivəyə zərbəsi yaddaqalan olsa da, hesab dəyişməyib. Uzatma dəqiqələrində Ülvinin qüvvətli zərbəsini rəqib qolkiper dəf etməyi bacarıb. Beləliklə, Qəbələ şəhər stadionundakı matç ağdamlıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Oyunun bizim üçün çətin olacağını bilirdik. Evdə oynamağımıza baxmayaraq, çempionatın lideri olan “Qarabağ”la qarşılaşırdıq.

Bu komandaya qarşı “Qarabağ” imkan verdiyi qədər oynamaq mümkündür. İlk oyun daha dinamik keçmişdi. Görünür ki, rəqib bu oyuna daha ciddi hazırlaşmışdı.

“Qarabağ” bizə hücum etməyə imkan vermirdi. Rəqib meydanın bizə aid hissəsində pressinq edirdi. Bu pressindən çıxmaq çətin idi. “Qarabağ” cütün favoriti idi. Rəqib layiqli qələbə qazandı və növbəti mərhələyə adladı”.

“Qəbələ” – “Qarabağ” 0:3

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Merab Qiqauri, 68 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 88 (hakimin qərarına etiraz) // Bədavi Hüseynov, 30 (qeyri-idman hərəkəti); Abbas Hüseynov, 32 (qeyri-idman hərəkəti)

Qollar: Maksim Medvedev, 6; Patrik Andrade, 45+4 (p.), 48

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.

İlk oyun – 1:3

“Qəbələ”

1. Anar Nəzirov (k)

(94. Tərlan Əhmədli, 46)

11. Asif Məmmədov

28. Murad Musayev

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

26. Stefan Vukçeviç

(70. Ülvi İsgəndərov, 53)

2. Vinko Medimoreç

(13. Yurgen Qoxa, 45)

23. Rafael Utriq

71. Rüfət Əhmədov

Ehtiyat oyunçular:

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

14. Cavid Hüseynov

10. Rövlan Muradov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”

1. Şahruddin Məhəmmədəliyev

5. Maksim Medvedev (k)

2. Qara Qarayev

(9. Xayme Romero, 63)

55. Bədavi Hüseynov

11. Mahir Emreli

30. Abbas Hüseynov

(18. İsmayıl İbrahimli, 46)

10. Abdullah Zubir

7. Kvabena Ovusu

81. Kevin Medina

6. Patrik Andrade

27. Toral Bayramov

(44. Elvin Cəfərquliyev, 63)

Ehtiyat oyunçular:

12. Emil Balayev

94. Ayhan Arazlı

4. Rahil Məmmədov

8. Uroş Matiç

Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti