"Qəbələ" şəhidlərin ruhunu onların övladları və qazilərlə yad etdi - FOTOLAR

7 Fevral 2021 09:20 Qəbələ 393
"Qəbələ" şəhidlərin ruhunu onların övladları və qazilərlə yad etdi - FOTOLAR

"Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"a qarşı keçirdiyi cavab görüşündən əvvəl anlamlı jest edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan öncə Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.

Hədiyyələri "Qəbələ"nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib.

Əyalət təmsilçisinin hər bir futbolçusu meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb. Sonda komandalar həmin qazilərlə və şəhid övladlarıyla birgə xatirə şəkli çəkdiriblər.

Peşəkar Futbol Liqasının Yarışların Keçirilməsi Departamentinin rəisi Elgiz Abbasov bununla bağlı paylaşım edib:

"Oyunun şərhçisi Vətən Müharibəsi iştirakçısı -
Süleyman Vəliyev

Hədiyyəni təqdim edən Vətən Müharibəsi iştirakçısı -
Fariz Nəcəfov

Zəfər düzülüşündə olanlar Vətən Müharibəsi iştirakçıları və şəhid övladı.

İdeya müəllifinə, bu işin təşkilində əməyi olan hər kəsə, xüsusilə də Qəbələ klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə təşəkkürlər. Bizim dirimiz əsgər, ölümüz şəhiddir. Öncə Vətən".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"