"Qarabağ" hücum etməyə imkan vermirdi" - Elmar Baxşıyev

6 Fevral 2021 17:40 Qəbələ 744
"Qarabağ" hücum etməyə imkan vermirdi" - Elmar Baxşıyev

"Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Evdə oynamağımıza baxmayaraq, çempionatın liderinə qarşı çıxış etdik. Bu rəqiblə imkan verdiyi qədər oynamaq mümkündür".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis rəqibin layiqli qələbə qazanaraq, mərhələ adladığını bildirib: "İlk matçımız daha dinamik keçmişdi. Rəqibin cavab görüşünə daha ciddi hazırlaşdığı görünürdü, bizə hücum etməyə imkan vermirdilər. Pressinq edirdilər və pressinqdən çıxmaq çətin idi. "Qarabağ" favorit idi və layiqli qələbə ilə mərhələ adladı".

Qeyd edək ki, "Qarabağ" yarımfinalda "Səbail" - "Sumqayıt" cütünün qalibi ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!