ECA-nın azərbaycanlı futbol adamından VACİB AÇIQLAMALAR

7 Aprel 12:02 Qarabağ 302
ECA-nın azərbaycanlı futbol adamından VACİB AÇIQLAMALAR

«Bu dəqiqə kimin nə deməsindən asılı olmayaraq, hamı gözləyir ki, virus tez keçsin və önü görmək mümkün olsun.

Hazırda heç kim önünü görə bilmir. Ona görə də danışılanların hamısı nisbi xarakter daşıyır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın baş meneceri və Avropa Klublar Assosiasiyasının (ECA) Yarışların Təşkili və Keçirilməsi Qrupunun üzvü Asif Əsgərov deyib.

O, koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının bərpası prespektivi barədə danışıb. ECA-da yüksək vəzifə tutan yeganə azərbaycanlı funksioner olan Əsgərovun fikrincə, hər şey pandemiyanın nə vaxt başa çatmasından asılıdır:

«Bizə qalsa, deyə bilərik ki, pandemiya mayın əvvəlində qurtarsa, həmin ayın axırı çempionata başlayırıq, iyunun ortasınadək qurtararıq. UEFA və Avropa Klublar Assosiasiyası gözləyir ki, koronavirus hansı ölkədə tez qurtaracaq. Çünki birinci orada mövsümü başa vurmaq lazımdır.

İndi əsas mövzu budur. Pandemiya ilə əlaqədar müxtəlif variantlar nəzərdən keçirilir. Bu, uzansa, mümkündür ki, yay fasiləsi elan olunmasın. Yəni yarımçıq qalan çempionat bərpa olunub qurtaran kimi yeni mövsümə start veriləcək.

Yəqin ki, UEFA-nın verəcəyi hər bir qərarı AFFA və Peşəkar Futbol Liqası da dəstəkləyəcək. Çempionat başa vurulmadan çempionun adının elan olunması gündəmdə yoxdur.

Fikrimcə, UEFA bu qərarı o vaxt verəcək ki, görərlər vaxt gedir, artıq çempionatı bərpa etmək mümkün deyil. inşallah, vəziyyət o həddə çatmaz. Qeyri-müəyyənliyin uzun müddət davam etməsi, Avropanın futbola qayıda bilməməsi halında, bəli, elə olması mümkündür.

Gələn mövsümün başlanması sual altına düşəndə yəni. Bu, ən son qərar ola bilər. Variantların biri mayın sonu başlayıb, iyunun əvvəli qurtarmaqdır.

UEFA-nın yarımçıq qalan çempionatların başa çatmasını gözləyib, fasilə vermədən yeni mövsümün açılışını elan etməsi variantının üzərində dayanacağını da düşünürəm.

Avropa Klublar Assosiasiyasının əksər üzvləri bə buna tərəfdardır. Bununla bağlı birgə 3 İşçi Qrupu yaradılıb. Orada UEFA, Avropa Peşəkar Klublar Liqaları və ECA-nın nümuyəndələri yer alıb. İki qrup hüquqi və maliyyə məsələləri, digər qrup isə təqvim üzərində çalışır.

Futbolçuların transferləri və müqavilələri UEFA-nın səlahiyyətində deyil, bununla FİFA məşğuldur. Əgər çempionatın iyunun 30-dan tez başlamasa, futbolçuların yuxarıda qeyd etdiyim məsələləri aktuallaşacaq. Odur ki, FİFA bu işləri həll etmək üçün İşçi Qrupu yaradıb».

Digər Xəbərlər
Xəbər Lenti
2 İyun 16:14 17 qollu oyun