"Qarabağ"dan təklif aldı, bu kluba keçməkdən imtina elədi?

16 İyul 2024 00:50 Qarabağ 7 515
"Qarabağ"dan təklif aldı, bu kluba keçməkdən imtina elədi?

Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Azərbaycana qayıdır.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard "Qarabağ"a keçəcək.

Bu barədə "24sata.hr" portalı məlumat yayıb.

Azərbaycan milli komandasının üzvü Ağdam təmsilçisi ilə bütün şərtləri razılaşdırıb. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.

Azərbaycanın daha bir klubu Mahiri transfer etmək istəyib. Belə ki, "Sabah" təcrübəli hücumçunun xidmətində maraqlı olub. Lakin futbolçu "Qarabağ"da oynamağı üstün tutub.

Mahir Emreli 2015-2021-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!