“Barselona”lı ulduz “Qarabağ”a biganə qalmadı: “Yeni qəhrəmanlara da ehtiyac var!”

7 Fevral 22:40 Qarabağ 2 956
“Barselona”lı ulduz “Qarabağ”a biganə qalmadı: “Yeni qəhrəmanlara da ehtiyac var!”

Belarus millisinin, “Barselona” və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Aleksandr Qleb Çempionlar Liqasının ümumi mərhələsinin yekunları və pley-off mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı futbol adamı bu barədə Rusjyanın “Sport-ekspress” qəzetinə müsahibəsində danışıb.

O, bu zaman Azərbaycan çempionu “Qarabağ”ın uğurlarına da toxunub.

Veteran futbolçu “Ayaks”, “Napoli” və “Marsel” kimi nəhənglərin kənarda qaldığı halda, “Qarabağ” və “Bodo-Qlimt”in pley-offa yüksəlməsini ədalətli hesab edib.

Qleb futbolun yeni qəhrəmanlara ehtiyacı olduğunu vurğulayıb:

"Əgər onlar ora düşüblərsə, deməli, buna layiq olublar. Böyük ad özü-özlüyündə nə oyunları, nə də turnirləri qazandırır, baxmayaraq ki, əlbəttə, rəqiblərə müəyyən təsir göstərir.

Amma axı həmişə eyni komandalar diqqət mərkəzində qala bilməz. Yeni qəhrəmanlara da ehtiyac var! “Bodo-Qlimt” və “Qarabağ”ın özlərindən gur səslə söz etdirməsi yaxşıdır.

Bu, savadlı məşqçilər, motivasiyalı futbolçular və keyfiyyətli seleksiya olduqda Avropada müəyyən uğurlar qazana biləcək digər güclü komandalar üçün əla nümunədir".

Digər Xəbərlər
Xəbər Lenti