“Qarabağ”dan 56,2 milyon avro ödənilmiş hücumçu ilə bağlı SON QƏRAR!

14:00 Qarabağ 542
“Qarabağ”dan 56,2 milyon avro ödənilmiş hücumçu ilə bağlı SON QƏRAR!

“Qarabağ”ın adı yenidən İngiltərə millisinin sabiq ulduzu Rahim Sterlinqlə birgə hallanmağa başlayıb.

Britaniya mətbuatı bununla bağlı növbəti məlumat dərc edib.

Xəbərdə bildirilir ki, Azərbaycan çempionunun nümayəndələri hətta Londonda 31 yaşlı hücumçu ilə danışıq da aparıb. Keçidin baş tutma ehtimalı 42 faiz olaraq qiymətləndirilir. Söhbət yarım mövsümlük müqavilədən gedir.

Sterlinq yanvarda “Çelsi”dən ayrıldığından, hazırda azad agent statusu daşıyır. O, mayın 25-dən bəri heç bir rəsmi matçda iştirak etməyib.

“Çelsi” Rahim Sterlinqi 2022-ci ildə “Mançester Siti”dən 56,2 milyon avroya transfer edib. İngiltərə millisində 82 oyunda 20 qol vurmuş futbolçu “Mançester Siti”nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

İngiltərə, Türkiyə, Səudiyyə Ərəbistanı klublarının hədəfində olan hücumçunun “Çelsi”də oynamadan aldığı pul ağdamlıların büdcəsindən çoxdur. London klubunda o, həftəyə 325 min, aya 1,3 milyon funt-sterlinq qazanırdı.

“Qarabağ”dan redaksiyamıza verilən məlumata görə, britaniyalı forvardın arxasınca heç kim Londona getməyib. Bu, sadəcə, dezinformasiyadır.

Amma menecerlər onun xidmətini ”köhlən atlar”a təklif edib. Danışıqlar isə irəliləməyib, ilkin mərhələdə dayanıb.

Bunun da iki səbəbi var. Sterlinqin maaş tələbi çox yüksəkdir. Digər tərəfdən isə Qurban Qurbanov bu yaşda birini öz sərəncamında görmək istəmir.

Odur ki, bu keçidin baş tutmayacağını əminliklə söyləyə bilərik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti