“Mançester Siti”də çıxış etmiş məşhur hücumçu “Qarabağ”a gətirilir?

09:20 Qarabağ 608
“Mançester Siti”də çıxış etmiş məşhur hücumçu “Qarabağ”a gətirilir?

İngiltərə millisinin sabiq ulduzu Rahim Sterlinqin adı “Qarabağ”la hallanır.

Sportinfo.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Çelsi”dən ayrıldıqdan sonra azad agent status daşıyan 31 yaşlı forvard hazırda klubsuzdur. “Qarabağ” nümayəndələri isə klubsuz olan hücumçu ilə danışıqlar üçün Londona yollanıb.

Yazılanlara görə, “Qarabağ” Sterlinqə yarım mövsümlük müqavilə təklif edib.

“Qarabağ” tərəfi isə oyunçu ilə maraqlanmadıqlarını açıqlayıb.

Rahim Sterlinq karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klublarda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!