Kevin Medina: "Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm"

03:50 Qarabağ 86
Kevin Medina: "Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm"

"Hər kəs Çempionlar Liqasında yazılan tarixdən məmnundur".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın legioneri Kevin Medina bildirib.

"Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm. Amma hər kəs Çempionlar Liqasında yazdığımız tarixdən məmnundur", - deyə o bildirib.

Kolumbiyalı müdafiəçi pley-offdakı potensial rəqibləri də dəyərləndirib:

"İndi yolumuza davam etməliyik. Qarşıdakı pley-off mərhələsini gözləyirik.

Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq. Futbolda hər şey baş verir.

Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik".

Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda "Nyukasl" ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!