"PSJ başqa səviyyədir, “Nyukasl”a qarşı oynamaq, nəticə qazanmaq olar"

6 Fevral 23:40 Qarabağ 175
"PSJ başqa səviyyədir, “Nyukasl”a qarşı oynamaq, nəticə qazanmaq olar"

"Biz hər ikisinə qarşı mübarizə apara bilərik və buna hazırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın vingeri Emaneul Addai deyib.

Bilindiyi kimi, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Yarışın liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alıb.

"Qarabağ"ın rəqibi 4 dəfə İngiltərə çempionu "Nyukasl" olub.

İlk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

"Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.

Nigeriyalı legioner "pley-offdakı mümkün rəqiblər PSJ və “Nyukasl” idi. Hansı “Qarabağ”a daha uyğundur" sualına cavabında bunları söyləyib:

"PSJ başqa səviyyədir. Fikrimcə, “Nyukasl”a qarşı oynamaq, nəticə qazanmaq olar.

İngilislərlə duellərimizi maraqla gözləyirəm. Son ana qədər mübarizə aparacağıq.

Ümidim var ki, mərhələni keçə bilərik. Azarkeşlərin bizə inanmasını istərdim”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!